Zaqatala rayonunda Azərbaycanda vərəmin təsirinə məruz qalmış insanlara qarşı stiqmanın qiymətləndirilməsi” tədqiqat layihəsi icra olundu- Özəl

256

Sosialmedia.az xəbər verir ki, 24.10.2023- cü il tarixində “Sağlamlığa Xidmət” İctimai birliyinin təşkilatçılığı ilə “Azərbaycanda vərəmin təsirinə məruz qalmış insanlara qarşı stiqmanın qiymətləndirilməsi” tədqiqat layihəsinin növbəti tədbiri Zaqatala RMX, PHŞ-ində keçirilib.

icra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vətəndaş cəmiyyəti və vərəmin təsirinə məruz qalmış icmanın iştirakı ilə vərəmli şəxslərin yaşadığı stiqma və diskriminasiya haqqında məlumat toplamaqdır.

Tədbirdə Sağlamlığa Xidmət İctimai birliyinin direktor müavini Samirə Muxtarova, Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri Cəmilə Çingiz qızı, Səbinə Kərimova və Amal Allahverdiyev iştirak ediblər.

İlk olaraq Koalisiyanın üzvləri Zaqatala RMX, PHŞ-in direktoru Tamara Nurəliyeva ilə görüşüb, tədbirin məqsədi barəsində məlumat veriblər. Tamara Nurəliyeva tədbirin gedişatına uğurlar arzulayaraq, tədbiri açıq elan edib. Daha sonra həkim Samirə Muxtarova tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- İin rəhbərliyinə, Zaqatala RMX, PHŞ-in direktoruna və ftiziatrına minnətdarlığını bildirib. Daha sonra vərəmə yönəlik stiqma barəsində ətraflı məlumat verərək, “vərəmin təsirinə məruz qalmış şəxslərə qarşı stiqmanın qiymətləndirilməsi” tədqiqat sorğusunun doldurulması prosesini izah edib. Eyni zamanda Koalisiya üzvlərinin iştirakı ilə anket sorğunun doldurulması prosesi icra olunub.

Tədbir interaktiv şəkildə keçdi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.

Qeyd edim ki, Zaqatala RMX, PHŞ-ində keçirilən anket sorğunun dolrurilması prosesində 28 nəfər vərəmin təsirinə məruz qalmış şəxslər iştirak edirdilər.