“Məndə Bir Ulduzam”adlı tədbir keçirildi-Özəl

399

Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın dəstəyi və İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətiylə “Mən də Bir Ulduzam”adlı tədbir Xırdalan Şəhərində Xəzinə-Palace restoranında təşkil olundu.

Sosialmedia.az xəbər verir ki, tədbirdə Dövlət himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözləri ilə açan İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov öncə qonaqları salamladı və mahiyətindən danışdı. Qeyd etdi ki, bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

Təbirdə Abşeron Rayon İcra Hakimiyyətinin müavini Gülnar Rəhimova Rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin salamlarını diqqətə çatdırıb, çıxış edərək bildirdi ki,ölkə Prezidentinin həssas təbəqələrdən olan insanların cəmiyyətə inteqrasiyası,sosial rifahı ölkə vətəndaşlarıyla bərabər hüquqa malik olması ilə bağlı sərəncamlar,təqaüd və müavinatların artırılması, layihələrin həyata keçirdilməsi,Şəhid ailələrinin,Qazilərin və əliliyi olan şəxslərin mənzillə təmin olunması daim diqqət mərkəzində olub . Bunlar danılmaz faktlardır. Vətəndaş Cəmiyyəti olaraq bizim də ölkə Prezidentinin tapşırığına xidmət edərək onların hər bir problemini həll etmək, sosial təbəqənin daim yanında olmaq vəzifə borcumuzdur.

Milli Məcilisin deputatı Aqil Məmmədov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçidilməsi vacib və əhəmiyətlidir . Azərbaycan dövləti BMT-yə üzv olduğu gündən ölkənin bütün bölgələrində 3 Dekabı Beynəlxalq Əlillər Günü yüksək səviyədə təşkil olunur,dövlətin siyasətində sosial yönümlü təbəqənin maddi rifah halının yüksəldilməsi, mənəvi dayaq olmaq, diqqət görsətməkdən ibarətdir.

Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Ölkə Prezidentinin Şəhid ailələrinə, Qazilərimizə,ümumi səbəbdən əlilliyi olan şəxslərə görsətdiyi qayğı və diqqəti, Abşeron Rayonuna İcra Başçı Cənab Abdin Fərzəliyev əməli işləri ilə təsdiq edir. Cənab Başçı Abdin müəllim sözdə yox,bu kimi problemləri əməlində edib və edirdə,buna görə biz Şəhid ailələri,Şəhid anaları adından öz təşəkkürümüzü,Cənab Prezidentimizə , Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin müəllimə bildiririk.

Tədbir İstedadlı Əlillər İctimai Birliyinin musiqiçilərinin konsert proqramı ilə davam etdirildi.

Tədbirdə həmçinin Əməkdar artist Yusif Mustafayev, Babək Niftəliyev və əlilliyi olan müğənnilərdən Rübabə Mahmudova, Müslüm Müslümzadə,vətən müharbəsi qazisi Mövlud Əhmədov, Nərmin Əliyeva, Bəhlul Əliyev, Rəvanə Ağamirova, Yasər Əzizov ,Ülviyyə Qarayeva,Günay Məmmədova,Nicat Allahyarovun və digər əliliyi olan səxlərin ifalarında musiqilər səsləndirildi. Əlilliyi olan şəxlərin əl işlərindən ibarət sərgi də numayiş olundu.

Tədbirin sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov tədbirin keçidilməsində dəstək göstərən Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədrinə , Xəzinə Restoranın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Əlilliyi olan musiqiçilərə hədiyyə və İstedadlı Əlillər İctimai Birliyinin təşəkkürnaməsi ilə təltif olundular.