ABŞ-ın təcavüzkar xarici siyasəti: İraq mümunəsi-Özəl

3441

ABŞ-ın təcavüzkar xarici siyasəti: İraq nümunəsi
Amerika Birləşmiş Ştatları (ABŞ) özünü dünyaya demokratiya nümunəsi kimi təqdim etməsinə baxmayaraq onların fəaliyyətində təcavüzkar mövqeyi açıq şəkildə görünür. Buna bir çox nümunə göstərmək mümkündür.

Elə ABŞ-ın özünün açıqladığı məlumata istinad etsək, İngilis – Amerika müharibəsi, Amerika – Meksika müharibəsi, Hindu müharibələri, İspaniya – Amerika müharibəsi və Fars körfəzi müharibəsi kimi savaşlar aparıb. Bunlarla yanaşı bir çox müharibələrdə də birbaşa tərəf kimi iştirakçı olan ABŞ birbaşa təcavüzkar ölkə kimi çıxış edir.
ABŞ-n təcavüzkar xarici siyasətinin ən bariz göstəricilərindən biri də İraq müharibəsidir. 2003-cü ilin martında ABŞ-ın başlatdığı müharibə rəsmi olaraq 8 il davam edib. ABŞ və onun müttəfiqlərinin məqsədi isə İraqda Səddam Hüseyn rejimin devrilməsi idi.
ABŞ İraqa hərbi hücumunu ölkədə güya atom silahının olmasın və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini bəhanə edərək başlayıb. Bu bəhanə ilə ABŞ və onun tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir.

Əsas məqsəd İraq neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoymayan Səddam Hüseyn hökumətini devirmək idi. 8 il sonra ABŞ İraqdan istədiklərini alsa da, eyni zamanda hədəflərinə çatmaq üçün qeyri-legitim metodlardan istifadə etdiyini də ifşa etmiş oldu.

Bütün bu və buna bənzər fəaliyyət ABŞ-ın beynəlxalq hüququ yalnız öz maraqları çərçivəsində tətbiq etdiyini də göstərir. Hazırkı reallıqda beynəlxalq hüquq dövlətlərarası münasibətlər sistemində demək olar ki, ciddi əhəmiyyət kəsb etmir. Səbəb isə belə demək mümkündürsə, ABŞ-ın bu istiqamətdə yalnız öz maraqlarından çıxış etməsidir. Digər ölkələrin də ABŞ-ın “təcrübəsindən” yararlanması bu gün beynəlxalq hüquq normalarının tətbiqini yalnız kağız üzərində olması kimi görüntü yaradır. Amerikadan nümunə götürən ölkələr də artıq beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu da hazırda mövcud olan qlobal böhran prosesində ABŞ-ın məsuliyyət daşıdığını göstərir.

Son illərdə isə ABŞ-ın əsas hədəfi Rusiyadır. Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər Rusiya-Ukrayna müharibəsini ABŞ-Rusiya müharibəsi kimi təqdim edir. Çünki faktiki olaraq ABŞ Ukraynanın vasitəsilə Rusiya ilə müharibə aparır. Ümumi olaraq ABŞ-ın Rusiyaya yönəlik xarici siyasəti dağıdc və aqressiv xarakterdədir.

Amerikanın İraq əməliyyatında olduğu kimi, bütün təcavüzkar gedişlərinin uydurma istinad mənbələri mövcuddur. ABŞ-ın 2003-cü ildə İraqa silahlı hücumu, Vaşinqton tərəfindən qanuni olaraq təyin edilmiş, beynəlxalq-hüquqi mənada düzgün planlaşdırılmış bir uydurmadır. De – fakto, milli hüquqi aktlarda və hüquq elmi səviyyəsində əks olunan hərbi kampaniyanın əsaslandırılması üçün inkişaf etmiş bir siyasi və hüquqi mexanizmdən həqiqi faktların təkliflərlə peşəkar şəkildə qarışdırılması, mifologizmlərin və beynəlxalq hüquq normalarına dəqiq istinadların (uyğun və yersiz) birləşdirilməsinin nəticəsidir. Məsələn, İraqda atom bombasının olması iddialarını ABŞ hələ də təsdiq edə bilməyib.

Amma buna baxmayaraq İraqa hərbi müdaxiləyə beynəlxaq hüquq çərçivəsində legitim don geyindirməyi bu və ya digər formada bacardı. Amma ABŞ İraqa hərbi müdaxilə etməklə beynəlxalq hüquqda bu müddəları kobud şəkildə pozurdu..
1-BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüquqlarının ABŞ tərəfindən taptalanması;

2-BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kompromis müddəaları var ki, bu müddəaların ABŞ-ın İraqa hərbi müdaxilə etməsinə konkret icazə vermir.
3-İraq hakimiyyətini insan haqlarını pozan və terrorçuları dəstəkləyən kimi təqdim edilməsi.
Bütün bunlar ABŞ-ın təcavüzkar xarici siyasətinə don geyindirmək üçün pozulmuş hüquqlardır.

Son olaraq onu da əlavə edək ki, İraqda bu ilin aprel ayında keçirilən soruğuda iştirak edənlərin 60 faizi ABŞ-ın hərbi müdaxiləsindən sonra vəziyyətin daha da pisləşdiyini deyib.
Bu faktın özü də ABŞ-ın dünyaya demokratiya ixrac etmədiyinin bariz nümunəsidir.