Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib-Özəl

225

Sosialmedia.az xəbər verir ki, Gədəbəy rayonunda keçirilən vətəndaş qəbulundan sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

32 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 112 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.