Səbinə Kəromova: “Biz seçkilərdə daha aktiv və fəal olmaq üçün ətrafımızda olan insanları maarifləndiririk”-Özəl

230

“Ölkəmizdə 7 fevralda baş tutacaq prezident seçkiləri ölkəmizin ən böyük siyasi kampaniyasıdır və biz QHT-lər əlbəttə ki, bu kampaniyada fəal iştirak edəcəyik. Bunun üçün bizim təşkilat fevral ayının 6 kimi mütamadi seçkilərdə iştirak etmək üçün əlilliyi olan şəxslər, miqrantlar, gənclər və onların ailə üzvüləri ilə tədbirlər keçirməyi planlaşdırır”.

Bu fikri Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova Sosialmedia.az-a açıqlamasında bildirib. QHT sədri bildirib ki, daha çox seçkinin şəfaf keçirilməsi üçün hər kəs öz səsinin sahibi olmalıdır: “Onun üçün biz seçkilərdə daha aktiv və fəal olmaq üçün ətrafımızda olan insanları maarifləndiririk ki, seçki günü vətəndaşlar sərbəst şəkildə seçki məntəqlərinə gedərək öz yerlərinə səslərini versinlər. Ümumilikdə seçkinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə beynəlxalq müşahidəçilərin seçkidə iştirakı təmin olunur, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun ilə bağlı təlimlər keçirilir. Ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılır”.

Qeyd edilib ki, Azərbaycanda prezident seçkilərini ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assamblesyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Asiya Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi, həmçinin bir sıra dövlətlərin parlamentariləri müşahidə edəcək.