Şuranın Dəstəyi ilə “Jest dilində məlumatlandırma ” layihəsinin icrasına başlanıldı

268

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Jest dilində məlumatlandırma ” adlı layihəsinə start verdi. Layihə çərçivəsində eşitmə və nitq məhdudiyyətli şəxslər ölkədə baş verən hadisələrlə bağlı, Nazirlər kabneti yanında yaradılmış Operativ qərargahın tətbiq etdiyi qaydalar və Covid-19 barədə jest dilində məlumatlandırmaqdır.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verib. O,bildirir ki, Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirdəcək..