Ermənistan prezidenti Rusiyaya səfər edib

136

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfər edib.

SosialMedia.az-ın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Bildirilib ki, bu gün A. Sarkisyan Moskvaya qeyri-rəsmi səfərə gedib. Səfər çərçivəsində o, Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşlər keçirəcək.