QHT Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq memorandumu imzaladı

202

“Vərəmsiz Gələcəyə Doğru” İB Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalamışdır

Sosialmedia.az xəbər verir ki, dekabrın 13-də “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi arasında keçmiş məhkumların azadlığa buraxıldıqdan sonra üzləşdikləri konkret sosial xarakterli problemlərin həlli yolu ilə onların cəmiyyətə re-inteqrasiyasının həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və anlaşma memorandumu bağlamışdır.

Bu memorandum mahiyyət etibari ilə eyni zamanda da göstərilən fəaliyyətlər daxilində təşkilat əməkdaşlarının ixtsas vərdişlərinin təkmilləşdirilməsi istiqamətində humanitar hüquq sahəsində beynəlxalq təlimlərə qatılmaq, hər iki təşkilatın keçirəcəyi təlimlərdə və digər tədbirlərdə qarşılıqlı iştirak etmək və s… digər addımları nəzərdə tutur.

Uğur və nailiyyətlərimizi araşdıraraq buna dəqiq qiymət verən BQXK kimi dünya adlı, dünya əhəmiyyətli bir humanitar təşkilat “Vərəmsiz Gələcəyə Doğru” İB nin nizamnaməsinə və təqdimatına öz ofisində qulaq asmış, Cenevrədəki ali ofisində məsləhətləşmələr apardıqdan sonra təşkilatın missiya və məramı ilə öz addımlarında uyğunluq görmüş, təşkilat tərəfindən təqdim edilmiş arqumentlərə baxış keçirərək qiymətləndirmiş və Cenevrə ali baş qərargahının razılığı ilə yekdil qərara gəlmişdir ki, qeyd edilmiş fəaliyyət daxilində əməkdaşlıq memorandumunda birləşmək mümkündür.

Bu böyük zəhmətin, gərgin əməyin və ancaq real nəticələrə köklənmiş işin nəticəsi, qiyməti olmuşdur. Bu sənəd tarixi bir sənəd olmaqla təşkilat üçün həm də həddindən artıq qiymətli imzalamadır və hər iki təşkilatın depozitarisində əbədi saxlanacağına inamdır.