XİN rəhbəri Türkiyəyə başsağlığı verdi

139

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Sosialmedia.az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı Tvitter səhifəsində yazıb.

“İstanbul şəhərində İstiqlal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!” – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.