Tiktok”da aya 40 min dollar qazanmışam” – Soli ləqəbli Solmaz- Özəl

180

Sosialmedia.az xəbər verir ki, “Tiktok”dan aya 40 min dollar qazanmışam. Bu ən çox qazandığım məbləğ olub”.

Bu sözləri MTV-də yayımlanan “Ümid ilə gəl” verilişində qonaq olan “tiktok”çu Solmaz (Soli) deyib.

Verilişdə qonaq olan jurnalist Məhəmmədəli Qəribli bu pullların şəffaflığına inanmadığını deyib:

“Çoxları pulu geri qaytarır. Soli xanım hansı fərqli kontent ortaya qoyub ki, o qədər pul qazanıb?” deyə o bildirib.

Aparıcı Tarix Əliyev də belə bir şeyin mümkün olduğunu deyib: “Mən də bir aya 20 min dollar qazanmışdım”.