Əfqanıstanda məsciddə partlayış törədilib, 17 nəfər ölüb

316

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

SosialMedia.az-ın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.