Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

210

İyulun 14-də rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən SosialMedia.az-a verilən xəbərə görə, imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.