Separatizmin erməni adı: Xzmalyanın fəaliyyəti və boş ittihamları-Özəl

4244

Sosialmedia.az xəbər verir ki, Moskvadakı “Crocus City Hall”da baş terror aktından sonra baş verən hadisənin mahiyyətini dəyişmək üçün fərqli fikirlər səslənməyə başladı. Baş verən hadisədə Rusiyanı ittiham edən siyasətçilər arasında əsasən ukraynalı və erməni siyasətçilər aktivlik edirlər. Əslində, burada Ukrayna siyasətçilərinin mövqeyi anlaşılandır, çünki faktiki olaraq hər iki ölkə arasında savaş var. Erməni siyasətçilərin isə fikirləri birbaşa təxribata hesablanmış yanaşmalardır.


Baş verən hadisə ilə bağlı Rusiyanın rəsmi mövqeyi belədir:
“ABŞ müxtəlif kanallar vasitəsilə öz peyklərini və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, öz kəşfiyyat məlumatlarına görə, Moskvada törədilmiş terrorda guya Kiyev izi yoxdur və qanlı terror aktı Rusiyada qadağan olunmuş İslam Dövlətinin üzvləri tərəfindən törədilib”-bunu Rusiya prezidenti Vladimir Putin görülən tədbirlərlə bağlı iclasda vurğulayıb.
Bütün bunlara baxmayaraq erməni siyasətçilər terror aktının Rusiyanın özü tərəfindən təşkil edildiyini deyir. Məsələn, Ermənistanın Avropa Partiyasının idarə heyətinin sədri, anti-Rusiya bəyanatları ilə tanınan Tiqran Xzmalyan əslində “Krokus”a hücumun təşkilatçılarının guya Rusiya xüsusi xidmət orqanları və ölkənin ali rəhbərliyi olduğunu bəyan edib.
Xzmalyan bütün fəaliyyəti boyu anti-Rusiya mövqeyi ilə seçilib. O, müxtəlif vaxtlarda, “Rusiya Ermənistanı işğal edib”, “Rusiya Qarabağ məsələsində Ermənistana xəyanət etdi” kimi fikirlər səsləndirib. Xzmalyan eyni zamanda Ermənistanın KTMT-dən çıxmasının vacib olduğunu, bu addımın tezliklə atılmasının zəruri olduğunu deyən siyasətçidir.
Hələ 5 il əvvəl, Ermənistanın Rusiya ilə münasibətlərinin ən yüksək səviyyədə olduğu bir vaxtda Tiqran Xzmalyan müsahibəsinin birində deyir:
“O zaman niyə Ermənistan vətəndaşlarının çoxu Qərbə yox, Rusiyaya meyllənməyi vacib sayır” sualının cavabında Xzmalyan deyib ki, Ermənistanda keçirilmiş son sorğulara görə, respondentlərin 87%-i Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinə tərəfdardır. “Odur ki, ermənilərin əksəriyyətinin Rusiya ilə ittifaqa tərəfdar olmasını söylərkən ehtiyatlı olmaq lazımdır. Şəxsən mən hesab edirəm ki, Ermənistan, sadəcə, Rusiyanın təsiri altında deyil, həm də 1921-ci il noyabrın 29-dan Rusiyanın işğalı altındadır”.
Ümumiyyətlə, Xzmalyan hər zaman separatizmi dəstəkləyən təxribatçı fikirlərlə gündəmə gəlib.
Məsələn, o 2021-ci ildə çıxış etdiyi canlı yayımların birində deyib: “yüz il qabaq Tiflis erməni şəhəri olub”. Hətta Xzmalyan bir az da dərinə gedərək Gürcüstanda yerləşən Cavaxetiya bölgəsi də ermənilərə məxsus olduğunu deyib.


Xzmalyan hətta çıxışlarına separatçıları da müdafiə edir.
“Laçın yolunu hansı ölkənin maşınlarının kəsdiyinə diqqətlə baxın. Çox təəssüf edirəm ki, Artak Beqlaryan kordur, görmür, əgər görsəydi, yəqin ki, hansı ölkənin səfirliyinin qarşısında oturmalı olduğunu anlayardı”-Xzmalyan belə deyib.
Burada adı keçən Beqlaryan erməni separatçı kimi tanınır və o, müxtəlif zamanlarda səfirliklərin qarşısında aksiyalar təşkil edib.


Bu cür misalları kifayət qədər uzatmaq olar. Son olaraq Xzmalyanın əslində özünün terrora necə dəstək verdiyini göstərən bir faktı qeyd edək. Ermənistanda fəaliyyət göstərən radikal “Sasna Tsrer”in liderləri məhz Xzmalyandır.
Tiqran Xzmalyan “Sasna Tsrer”in faktiki liderlərindən biridir. Məhz o, 17 iyul 2016-cı ildə polis idarəsinin hücum edən, insanları girov götürən və Serj Sarksyanın istəfasını və müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad edilməsini tələb edən “Sasna Tsrer”in radikallara dəstək üçün çoxlu mitinqlər təşkil etmişdi. Bu ekstremist aksiya ölkədə genişmiqyaslı siyasi böhrana səbəb oldu. Məhz Xzmalyan cinayətkarların hakimiyyətə təslim olduqlarını bildirdi. Tiqran Xzmalyan erməni radikal siyasətçi Varujan Avetisyanın dostu və müttəfiqi kimi tanınır. Varujan Avetisyan isə polis idarəsinin ələ keçirilməsinin təşkilatçısı və “Sasna Tsrer”in da daxil olduğu Milli-Demokratik Qütb partiysının şurasının üzvüdür.


Belə bir reputasiyaya sahib Xzmalyan “Crocus City Hall”da baş verən terror aktında Rusiyanı ittiham edir və 144 nəfərin ölümü, 285 nəfərin yaralanmasına səbəb olan hadisədə Rusiya xüsusi xidmət orqanlarını günahlandırır.