2019-cu ilin yarım ilində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib.
SosialMedia.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında qeyd olunub.
Bildirilir ki, 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.