Yeni dərs ilinə 322 adda dərslik və metodik vəsait çap edilib

186

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən SosialMedia.az-a verilən məlumata görə, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.

Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.