QHT ümümtəhsil müəssisələrində təlimlərini davam etdirir

193

Alman Dili Müəllimləri İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsinin icrasını davam etdirir.

Bu barədə SosialMedia.az –a layihə rəhbəri Leyla Qasımzadə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir. Üçüncü tədbir 23 oktyabr 2019-cu il tarixində Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə keçiriləcək. 24 oktyabr tarixində isə Sumqayıt şəhər 27 saylı orta məktəbdə təşkil olunacaq. Ümumilikdə isə layihə boyunca Sumqayıt şəhərində beş ümumtəhsil ocağında məlumatlandırma tədbirləri təşkil olunacaq.