Sumqayıt və Qazaxda qaz təchizatında dayanmalar olacaq

345

Oktyabrın 24-də səhər saat 09:00-dan etibarən “Qaz İxrac” İdarəsi “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 45-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi işlərini həyata keçirəcək.

“Azəriqaz” İB-dən SosialMedia.az-a verilən məlumata görə, bu zaman Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış qəsəbəsində qaz təminatında fasilələr olacaq. Bundan başqa bir sıra yenidənqurma işlərinin icrası ilə bağlı Qazax rayonunun bir neçə yaşayış məntəqəsində də gün ərzində qaz təchizatında müvəqqəti dayandırmalar gözlənilir.