Rusiyalı hərbi nümayəndə Ankarada türkiyəli həmkarları ilə Suriyanı müzakirə edib

309

Noyabrın 1-2-də Rusiyanın hərbi nümayəndəliyi Ankarada türkiyəli həmkarları ilə danışıqlar aparıb.

SosialMedia.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“22 oktyabr 2019-cu ildə Soçidə Rusiya ilə əldə edilmiş razılaşma çərçivəsində Suriyada taktiki və texniki məsələləri müzakirə etmək üçün Ankaraya gələn ikinci Rusiya hərbi heyəti ilə noyabrın 1-də və 2-də danışıqlar aparılıb”, – məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiya və Türkiyə liderlərinin əldə etdiyi razılaşmaları həyata keçirmək planları oktyabrın 28 və 29-da iki ölkənin hərbi nümayəndə heyətlərinin Ankaradakı danışıqlarında müzakirə edilib.