Sabah yağış yağacaq

149

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.aza verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-6°, gündüz  6-9° isti, Bakıda gecə 4-6°,  gündüz  7-9°  isti olacaq.  Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.  Noyabrın 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında  arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz  6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.