Azərbaycana gətirilən titan-dioksid tərkibli preparatlar 2 il müddətinə gömrük rüsumundan azad edilib

132

Azərbaycana idxal edilən tərkibində kütlə payı 80 faiz və daha çox olan titan-dioksid əsasında piqmentlər və preparatlar 2 il müddətinə görük rüsumundan azad edilib.

SosialMedia.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərar gələn il yanvarın 19-da qüvvəyə minir.

Qeyd edək ki, titan-dioksid plastik qapı-pəncərə materiallarında geniş istifadə olunur. Bu maddə plastik pəncərələrə qar bəyazlığı verir, işığa davamlı edir. Uşaq qidaları, ağ un, şəkər, süd məhsulları, bəzi şirniyyatlarda da qar kimi bəyazlıq vermək və bu rəngi uzun müddət saxlamaq üçün titan-dioksid əlavə olunur.