Azərbaycanda bir ayda 550-dən çox zəlzələ olub – RƏSMİ

118

“Ötən ay seysmik aktivlik yüksək olub. Həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verib”.

SosialMedia.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələyə həsr olunan ümuminstitut seminarda deyib. O, yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını deyib. Tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyinə də toxunub.

Q.Yetirmişli Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib.