Sabahın hava proqnozu

142

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.aza bildirilib ki, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi  arabir güclənəcək.  Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda isə gecə 5-7° isti, gündüz 13-15° isti gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq.