Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verən satıcılar cərimələnəcək

247

İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanlara idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək.

SosialMedia.azın məlumatına görə, bununla əlaqədar İnzibati Xətalar məcəlləsinə yeni 401.3-cü maddənin əlavə olunması təklif edilir.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.