Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçiriləcək

107

Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçiriləcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov SosialMedia.aza açıqlamasında deyib ki, Regional məsələlər komitəsinin aprelin 1-də keçirilən iclasında müzakirə edilən və Milli Məclisin müzakirəsinə tövsiyə edilən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” də aprelin 17-də keçirilən plenar iclasda müzakirəyə çıxarılacaq.