QHT online hüquqi,psixoloji, sosial xidmətlərini davam etdirir

309

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi Coronavirus pandemiya səbəbindən elan olunmuş karantin rejimi ilə əlaqədar online hüquqi,psixoloji, sosial xidmətlərin göstərilməsini davam etdirir.

Bu barədə SosialMedia.az-a Birliyin sədri Zenfira Mustafayeva məlumat verib.Onun sözlərinə görə, bu xidmət çərçivəsində aşağıdakı mövzular ilə bağlı ehtiyacı olan şəxslər müraciət edə bilərlər:

• Karantin rejimi çərçivəsində ölkədə müəyyən olunmuş hərəkət məhdudiyyəti ilə bağlı yaranmış suallar;
• İşsiz statusunun və işsizlik müavinətinin verilməsi qaydları;
• Corononavirus ilə bağlı maarifləndirmə;
• Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq olunan cəzalar ilə bağlı yaranmış sullar;
• Dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin alınması;
• Ailə, məişət zəmnində yaranmış psixoloji və hüquqi problemlər;
• Karantin dövründə yaranmış depressiyalar və ya digər psixoloji problemlər;

Müraciət üçün mütəxəssislərin əlaqə nömrələri:
Təşkilatın rəhbəri – Zenfira Mustafayeva (050 6802222).
Hüquqşunas- Ruslan Mustafazadə (050) 300 87 88.
Psixoloq – Sevda Əkrəmqızı (050) 334 55 54.
Sosial işçi- Gülgəz Abasquliyeva (050) 417 20 01.