Dərslər açılacaq? – Təhsil naziri: “Ehtiyac olarsa, yay aylarında…”

360

“Karantin rejiminin yumşaldılması zamanı təhsil sektorunda fəaliyyətin bərpası ilklərdən ola bilməz”.

SosialMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

C.Bayramov qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələrdən əldə edilən nəticələrə əsasən buna gedilə bilər:

“Ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin edəcəyik”.