Mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb – RƏSMİ

417

“Hər sahəyə aid təlimatlar üzərində çox təfərrüatlı şəkildə işlənilir”.

SosialMedia.azın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin qaydalar sabah, yaxud yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

TƏBİB-in İdarə Heyətinin səldri Ramin Bayramlı isə qeyd edib ki, mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb.