“2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur”.
SosialMedia.az–ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Bunun üçün I yarımili üçün nəticələri əsas götürüləcək. Onun əsasında şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək.