Sabirabad rayonunda “QİÇS Qurbanlarının Dünya Xatirə Günü” mövzusunda dəyirmi masa təşkil olundu

226

Sabirabad rayonunda “QİÇS Qurbanlarının Xatirə Günü” mövzusunda dəyirmi masa təşkil olunub. Bu barədə SosialMedia.az-a “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi tərəfindən maliyyələşdirilən “Yüksək riskli əhali qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirilməsi və profilaktika və müalicənin gücləndirilməsi vasitəsilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi” layihəsi çərçivəsində GİÇS Qurbanlarının Dünya Xatirə Günündə dəyirmi masa təşkil edib. Dəyirmi masa Sabirabad rayonunda təşkilatın əməkdaşları ilə birlikdə sosial məsafəni və lazım olan gigenik qaydaları gözləməklə böyük zalda QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemləri ilə bağlı geniş məlumatlandırma aparılıb.
Bununla yanaşı dünyanı cənginə almış COVİD-19 virusunun surətlə dünyaya yayılması ilə bağlı fikir mübadiləsi və müzakirələri aparılıb.

Görüşdə HİV virusunun surətlə yayılmasına qarşı və eləcəd COVİD-19 un yayılmasına qarşı insanlara xəbərdarlıq edilməsi, marifləndirici materialların paylanılması əməkdaşlara bir daha tapşırıldı. Təşkilatın yoxucu xəstəliklərlə bağlı əldə etdiyi informasiya xarakterli materiallar təbliğat aparılması üçün əməkdaşlara paylanılıb.