Kəmaləddin Heydərovun avtomobilinin qəza anının videosu yayıldı

436
Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

SosialMedia.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun avtomobilinin qəza anının görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik.

***

20.05.2020 19:43

SosialMedia.az xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.

Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.