Şura onlayn məlumatlandırma sessiyası keçirəcək

201

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 13 iyun 2020-ci il saat 12:00-da onlayn məlumatlandırma sessiyası keçirəcək.

Sosialmedia.az bildirir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov onlayn sessiyada Şuranın 2 iyun 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin mövzuları haqqında məlumat verəcək, həmçinin, QHT nümayəndələrinin suallarını cavablandıracaq.

QHT-ləri məlumatlandırma sessiyasında fəal iştiraka dəvət edirik.