Aksoy bu ölkəyə mesaj verdi

198

İraqın təhülkəsizliyi və sabitliyinə təhdid təşkil edən PKK terror təşkilatına birlikdə mübarizə aparmaq məsələsində rəsmi Bağdadla işbirliyi qurmağa hazırıq.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Biz İraqda PKK-ya qarşı keçirdiyimiz əməliyyatlar zamanı mülki şəxslərin həyatına xüsusi diqqət edirik. Bunu İraq rəsmi dairələri də bilir. Qəhrəman əsgərlərimiz bu məsələdə xüsusi həssaslıq nümayiş etdirirlər. İraqda PKK-ya qarşı birgə əməliyyat aparmaq istədiyimizi yenidən xatırladırıq”, – H.Aksoy bildirib.