Deputat vətəndaşlarla danışdı, müraciət etdi

305

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla onlayn şəkildə görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.

Sosialmedia.az xəbər verir ki, bununla yanaşı, Q.Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Deputat həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların istəkləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı millət vəkili vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.