MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər həqiqətə uyğun deyil

146

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Müdafiə Nazirliyindən SosialMedia.aza verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.