Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

256

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” ictimai birliyi “Pandemiya dövründə Milli Qəhrəman ailələrinə və digər həssas sosial qruplara dəstək “adlı layihə həyata keçirir.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Qalibə Budaqova məlumat verib. O,qeyd edir ki, layihənin icrası ilə Azərbaycanın Milli Qəhrəman ailələrinin nümunəsində yeniyetmələr arasında vətənpərvərlik təbliğatı güclənir. Sübut olunur ki, dövlət onun varlığı üçün canını qurban verənləri unutmur. Onların ailələri hər zaman diqqət mərkəzindədir.

Layihə vasitəsilə 70-ə qədər Milli Qəhrəman,şəhid və aztəminatlı ailələrə ərzaq yardımı göstəriləcəkdir.Pandemiyayala bağlı təbligat işləri aparılacaqdır.Layihə 2 ay Bakı şəhərində icra olunacaq.