“iPhone”lara yeni emojilər əlavə edilib

202

“iPhone”lara yeni emojilər əlavə edilib. Onların arasında ninzalar, transgenderlərin simvolu, dodo quşu, ağciyər və hətta rusların milli oyuncağı olan “matryoşka” xüsusi diqqət çəkir.

Sosialmedia.az bildirir ki, Yeni emojilər iOS-14-ün güncəlləməsindən sonra əlçatan olacaq.

“Apple” həmçinin güllü tibbi maskalı memojilər hazırlamaq üçün imkan yaradacaq.

Qeyd edək ki, memoji – animasiya olunmuş 3D avatarlardır. İstifadəçilər onu öz obrazlarına uyğun hazırlaya və yazışmada istifadə edə bilirlər.