Təkrar koronaya yoluxma mümkündürmü?

333

Koronavirusdan sağalan xəstələrin yenidən bu virusa yoluxa biləcəyi ilə bağlı konkret cavab yoxdur.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.

O bildirib ki, bu məsələ ilə bağlı aktiv araşdırmalar aparılır.

ÜST rəhbəri, həmçinin son günlər Braziliyanın pandemiyanın mərkəzinə çevrildiyini də əlavə edib.