“Mehriban Əliyeva bu müraciəti ilə əsl vətənpərvərlik nümunəsi göstərdi” – QHT sədri

270
“Mehriban Əliyeva müraciətində hər birimizin ictimai, eləcə də özümüzə nəzarəti həyata keçirməli olduğumuzu diqqətə çatdırıb. Onun dediyi kimi, hər addımımızda düşmənə fakt verə biləcəyimiz məqamları göz önünə gətirməliyik”.

Bunu SosialMedia.az -a  açıqlamasında “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib.
O bildirib ki, Birinci vitse-prezidentin sosial şəbəkələr, internet resurslarında bizim davranışlarımıza diqqət ayırması önəmli məsələdir. Çünki hər birimizin yazdığı kiçik informasiya həm düşmənə məlumat vermək, həm də ölkənin gələcək planlarının açıqlanması deməkdir:
“Bizim yalnız özümüzün gördüyünü düşündüyümüz bütün məlumatları düşmən izləyir. Mehriban xanım da bu məsələlərdə çox diqqətli olmağımızı cəmiyyətə çatdırmaq istəyir”.
M. Əsgərqızı vurğulayıb ki, son hadisələr bizim kimi, Birinci vitse-prezidenti də qürurlandırıb: “Başqa cür ola da bilməz. Çünki ölkənin rəhbərləri vətənpərvər insanlardırsa, dövlətin başında İlham Əliyev və Mehriban Əliyevadırsa, belə də olacaq. Bu müraciət də indiyə qədər olan diqqətin davamıdır. Onlar həmişə Azərbaycan Ordusuna, ordu quruculuğuna, həssas qruplara, ümumiyyətlə, cəmiyyətin bütün nümayəndələrinə dəstək olmağa çalışıblar. Düşünürəm ki, Mehriban xanımın müraciəti hər birimiz üçün proqram-plan olmalıdır. Özümüz üçün ayırd etməliyik ki, biz nəyi edə bilərik, yaxud nəyi edə bilmərik. Bəzən emosional olanda istədiyimizdən artıq informasiya ötürə bilirik. Bundan ehtiyat etməliyik. Mübaliğəsiz deyərdim ki, bu müraciət proqram sənədidir. Mehriban xanımın sonda “Sevgilərlə, Sizin Mehriban” deməsi məni çox şərəfləndirdi. Mən Birinci vitse-prezidentə minnətdarlığımı bildirirəm ki, bu çətin vəziyyətdə hər birimizin ürəyindən keçənləri deməklə, bizə rahatlıq gətirdi. İnanıram ki, torpaqlarımızın işğaldan azad olunmasında hər birimiz əl-ələ verəcək, bu bəladan xilas olacağıq”.