Sərhəddə yaşayan hemofiliyalı vətəndaşların sağlamlıq vəziyyətinin monitorinqi keçirilib

429

SosialMedia.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər üzvləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimləri ilə birgə regionlarda hemofiliyalı və digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması və onlara tibbi xidmətin evlərdə göstərilməsinin tədbiqi məqsədi ilə regionlarda olan vəziyyətin monitorinqinin aparılmasına başlayıblar.

12 iyul 2020-ci il tarixdə Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Ermənistan tərəfindən pozulması ilə əlaqədar olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikasının Qərb bölgəsi (Gəncə, Şəmkir, Tovuz, Ağstafa) və Qarabağ (Füzuli) bölgəsində yaşayan ağır gedişatlı hemofiliyadan əziyyət çəkən vətəndaşlarımızın sağlamlıq vəziyyətinin monitorinqini keçirib və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının regional Gəncə bölməsinə yardım edərək həyati vacib dərman preparatları – faktor konsentratlarını onların evlərinə çatdırıb.

Qeyd edək ki, qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının şəhər və kəndlərində həyati vacib dərman preparatlarının çatdırılmasının manitorinqini aparmaq, xəstə vətəndaşlara yaşadıqları evlərdə etibarlı qulluq, müalicənin davamlılığı, ölüm və ya ağır tibbi ağırlaşmaların qarşısını alınması, müalicə üçün faktor preparatlarla lazımi səviyyədə təminatın təşkil edilməsi, sağlamlıq reabilitasiya tədbirlərinin təşkili Assosiasiyanın qarşısında duran əsas məsələlərdən biridir.