ÜST korona ilə bağlı şok məbləğləri açıqladı

199

Peyvənd də daxil olmaqla, koronavirusla mübarizədə istifadə ediləcək vasitələr üçün ən azı 100 milyard dollar lazımdır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, hazırda pandemiyanın qısa vədəli nəticələri ilə mübarizə üçün trilyonlarla dollar xərclənib:

“BVF pandemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini, bununla da qlobal iqtisadiyyatda 2 ildə trilyonlarla dollarlıq itkinin yaranacağını bildirir”.