Növbəti MİQ imtahanları barədə məlumatlar şəxsi səhifələrə göndərilib

135

26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən SosialMedia.az-a verilən məlumata görə, həmin tarixlərdə ibtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək.

Bununla da ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları yekunlaşacaq.