O, Əliyev və Putinlə danışdı, atəşkəs əldə edildi

178

Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik. Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”, – Lavrov bildirib.

Nazirin qeyd etdiyi kimi, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərdi:

“ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhddən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib”.