“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai Birliyi yeni bir layihənin icrasına başlayıb

320

“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Postpandemiya dövründə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin maarifləndirilməsi, onlar üçün kompyuter kurslarının təşkili” adlı layihə həyata keçirir.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirirlib. Layihə dövründə 3 nömrəli Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə 3 ay ərzində kompyuter kursları keçiriləcək. Bu kurslarda pandemiya dövründə ümumi qaydalara riayət edərək sosial məsafəni saxlamaqla intensiv təlimlər vasitəsilə sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə kompyuter biliklərinin öyrədilməsi nəzərdə tutulur.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, uşaqlara özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, onlara cəmiyyətdə özlərinə müəyyən yer tutması üçün zəmin yaratmaq,peşə hazırlığının səviyyəsi və ehtiyacların həll olunması istiqmaətdində konkret addım atmaqdır.

Eyni zamanda gələcəkdə öz yaşamlarını maddi cəhətdən daha yaxşı təmin etmələri və imkan daxilində bu sahədə biliklərini inkişaf etdirmək və yiyələndikləri peşəni davam etdirmək məqsədilə layihənin sonunda onlara sertifikatlar veriləcək.
Bu cür layihənin həyata keçirilməsi və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası vacib məsələlərdən biridir. Eləcə də layihədə qoyulmuş problemin həlli vacib, əhəmiyyətlidir.

Və bu cür layihələrin həyata keçirilməsi böyük fayda verə bilər.