Şuranın dəstəyi ilə imtiyazlı şəxslərə köməklik göstəriləcək

203

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB 01.09.2020 – 01.11.2020-ci il tarixləri ərzində “İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə sosialmedia.az-a birliyin mətbuat xidmətindən bildirilib. Layihə zamanı mövcud koronavirus pandemiyası ilə əlaqədar olaraq imkansız ailələrin ərzaqla təmin edilməsi, pandemiya ilə bağlı yalnış məlumatlardan panikaya düşməmək üçün onlarla maarifləndirmə işlərinin aparılması, psixoloji dəstək göstərilməsi, həmçinin öz müraciətləri əsasında onların digər sosial problemlərinin həlli istiqamətində işlər görülməsi nəzərdə tutulur. Görüləcək işlər barədə mütəmadi olaraq Şuraya məlumat veriləcək və KİV-lərdə yazılar dərc olunacaq.