İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi beşinci televiziya müzakirəsini keçirdi

140

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihənin icrası davam edir.

Sosialmedia.az xəbər verir ki, bu gün layihə çərçivəsində beşinci televiziya müzakirəsi keçirilib. Bu dəfə “İnformasiya müharibəsinin istiqamətləri və cəmiyyətin maariflənmə səviyyəsi” mövzusu müzakirə edilib.

Müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib. Müzakirədə bu gün sosial şəbəkələrdən Azərbaycana qarşı yayılan informasiyaların əsasən dövlətçilik və milli maraqların əleyihə olduğu vurğulanıb. Layihənin ekspertləri bildirib ki, cəmiyyət bu gün sosial şəbəkədən olan hücumlara adekvat cavab verəcək səviyyədə deyil.