Bakıda iki qardaşda narkotik vasitə aşkarlanıb.
Sosialmedia.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz narkotik) maddələri ilə məhkum olunmuş Murad Quliyevdən 0,565 qram heroin, onun qardaşı, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərlandan isə 0,710 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.