Abşeron rayonunda gənc intihara cəhd edib.
Sosialmedia.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Mustafayev Namiq Nadir oğlu bıçaqla özünə xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol saidin çoxsaylı kəsilmiş yaraları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.