Əfqanıstanın Qızılbaş Həmrəylik Şurası Azərbaycana dəstək bəyanatı yayıb

167

Əfqanıstanda fəaliyyət göstərən Qızılbaş Həmrəylik Şurası öz “Facebook” səhifəsində Azərbaycana dəstək bəyanatı yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən SosialMedia.az-a bildirilib ki, bəyanatda Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu və Azərbaycanın tarixi ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub.

Bildirilib ki, BMT qətnamələrində də əks edildiyi kimi, Ermənistan işğal etdiyi əraziləri dərhal tərk etməlidir.

Bəyanatda işğal edilmiş torpaqların azad edilməsi uğrunda aparılan haqlı mübarizədə Azərbaycan dövlətinə dəstək ifadə edilir.