Prezidentin köməkçisi: “Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərin atəşə tutulması Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”

165

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.

SosialMedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, barbarlıq və vandalizmdir, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinin təşviş içərisində olduğunu göstərir.

“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”, – deyə H. Hacıyev vurğulayıb.