QHT sədri həmkarından yazdı: Qələbə ilə qayıt

145

Bu gün Vətən Müharibəsində iştirak edənlərdən biri də QHT sədri Nəsimi Həsənovdu . Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı həmkarımızla bağlı şəbəkədə maraqlı status paylaşıb:

“Arxamda dağ kimi duran qaqamdı, Nəsimi qaqam.O, həm də QHT sədridi. Əslən Şuşadandı.Döyüşə gedib, səssiz- səmirsiz.Ön xəttədi. Nəsimi qaqam, dua edəcəm səninlə birgə döyüşdə olan bütün əsgərlərə.Qaqam, Qələbə ilə qayıt.Sözünə naxələf çıxma. Çünkü söz vermisən, dunya durduqca qaqam olacaqsan.Andını pozma.Geri sağ- salamat qayıt! SƏNİNLƏ FƏXR EDİRƏM!”